Təhsil - As Xəbər

ATİAHİ-nın Abşeron rayon Komitəsində NƏ BAŞ VERİR...
Qaynarxett.az-a daxil olmuş məqalədə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyevin yarıtmaz fəaliyyəti barədə bəhs edilir. Məqalədə deyilir:

"Heç kimə sirr deyil ki, bu gün təhsil işçilərinə, məktəblərə, müəllimlərə, gələcəyimiz olan gənclərə xüsusi diqqət və qayğı göstərilir və bir mətbuat orqanı olaraq bunu yazılarımızda xüsusilə vurğulamışdıq. Bu qayğıda görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsini payı nə qədərdir? Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı təhsil işçilərinin sosial durumunun, mənzil təminatının yaxşılaşdırılması, müəllimlərin müalicə və istirahətinin təşkili, əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər görməli, müəllim əməyinin stimullaşdırılması və qiymətləndirilməsi, təhsil işçilərinin əmək hüquqlarının qorunması və pensiya təminatı sahəsində əlindən gələni əsirgəməməlidir. Görəsən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri Vahid Əliyev bu yöndə nə kimi işlər görə bilib? Görəsən Vahid müəllim bir komitə sədri olaraq son vaxtlar Abşeron rayonunun hansı bir kənd məktəbinə baş çəkmiş, kollektivlə görüşmüş, həmkarlar itifaqının fəaliyyətini nəzərdən keçirmişdir.

Məlum olduğu kimi Abşeron rayonu paytaxta yaxın olmasına baxmayaraq əsasən kasıb kəndlərdən ibarətdir. Bu kəndlərin sakinləri iş üçün əsasən paytaxta üz tutduğundan daimi iş yerləri yalnız məktəb və uşaq bağçalarıdır. Məktəblərdə işləyən müəllimlərin başqa işlərlə məşğul olmağa vaxtları olmadığından maaşın ümidinə qalırlar. Odur ki, kəndlərdə elə sosialyönümlü problemlər yaranır ki, məktəb hər müəlliminə kömək etmək iqtidarında olmur. Ona görə də, bir çox sosialyönümlü və digər xarakterli problemlərin həlli birbaşa həmkarlar ittifaqı komitəsinin səlahiyyətləri çərçivəsində olur. Maraqlıdır, görəsən Vahid Əliyev bir Komitə sədri kimi son illər sosialyönümlü problemlərini həll etdiyi rayon təhsil işçilərindən birini bizə göstərə bilərmi? Maraqlıdir, görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri rayon Təhsil Şöbəsinin rəhbəri ilə birgə üzv olan hansı təşkilatlara baş çəkmiş, onların problemləri ilə yerində maraqlanmışlar? Adıçəkilən hər iki qurum təhsil müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması yönündə nə kimi maarifləndirmə işləri aparmışlar? Görəsən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsi son illər hansı bir xəstə müəllimin əməliyyat pulunu öz üzərinə götürüb, yaxud onun müalicəsinə köməklik göstərib, istirahətini təşkil edib? İstirahət demişkən,onu təşkil edər. Amma xəstələri deyil, sağlam adamları, sanatoriya biletinin yarı qiymətinə.

Bir şözlə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin də fəaliyyəti ürəkaçan deyil. Burada Sumqayıt Regional Təhsil İdarəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin rəhbərlərinin birgə fəaliyyəti, yəni İlhamə Abdullayeva və Vahid Əliyev tandemi əsas rol oynayır. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr Millət Vəkili Səttar Mehbalıyev də həmişə olduğu kimi bütün bu baş verənlərə göz yumur. Bəs, Təhsil Naziri necə, bu kimi hallara göz yumacaqmı?

Xatırladaq ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin xidmətində 61 müəssisə və təşkilat fəaliyyət göstərir. Kolleclər, Peşə məktəbləri, Orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbləri , uşaq bağçaları, uşaq yaradıcılıq mərkəzləri, uşaq gənclər idman məktəbi, Təhsil Şöbəsi, Bu idarə və müəssisələrdə işləyən həmkarlar ittifaqı üzvlərinin tələbə həmkarlar ittifaqı üzvlərinin sayı ilə birlikdə Abşeron rayon komitəsi üzrə ittifaq üzvlərinin sayı beş min civarındadır."
Ardı var.

ÇIRAQ KİMİ ADAM...
İnsanın şəxsiyyət kimi əsl dəyəri onun elmi və ziyalı kamilliyi ilə ölçülür. Bu ağır, əziyyətli, eyni zamanda şərəfli işi özlərinə həyat kredosu seçənlər, həm də bəşəri dəyərlərin qorunub zənginləşməsində əvəzsiz xidmətlər göstərirlər. Belələrinin rəftar və düşüncəsi insanpərvərliklə yoğrulur, onlar öz xoşbəxtliklərini başqalarının səadət və rifahında görürlər. Ruhun rahatlığını təhsil kimi məsuliyyətli bir sahədə tapan, həm pedaqoq, həm təşkilatcı rəhbər kimi tanınan, həm də xoş ünsiyyəti, təvazökarlığı ilə fərqlənən şəxsiyyətlərldən biri də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi. Əməkdar müəllim Faiq Şahbazlıdur.

Öncədən qeyd edək ki, bu yazı ləyaqətli bir insan haqqındadır. Sənaye və Texnologiya Kollecinində ömrünü, şüurlu həyatını yaxşı əməllərə, gözəl işlərə, xeyirxah missiyalara həsr etmiş Faiq Şahbazlının adını eşitmək kifayətdir ki, onun haqqında xoş təsüratların gerisini özün sadalayasan. Yəni azacıq təhsildən, dünyanın gedişindən anlayışı, qavrayışı olan arif oxucu üçün tərcümeyi-halın gerisini oxumağa ehtiyac qalmır. Çünki Faiq Şahbazlı şəxsiyyətini tərcümeyi-halı ilə deyil, tərcümeyi-halını şəxsiyyəti ilə tanıtmağı bacarmış nadir insanlardan biridir. Fales həyat mənbəyini suda gördüyü kimi mənim yazımın qəhrəmanı da hər zaman həyatın yaxşılıqlardan xəlq olunduğunu söyləyir. Faiq müəllimin fikrinə görə yaxşılıq edən də, yaxşılıq edilən də uca Allah tərəfindən yaradıldığı üçün dünya yaxşılıqlar üzərində qurulmalıdır. Məhz ona görə də Faiq Şahbazlının ömür yolu yaxşı əməllər çırağı kimi hər zaman işıq saçır, yol göstərir.

İnsan ömrü cəmiyyətə, elmə, təhsilə, xeyirxah əməllərə həsr ediləndə mənalı olur, qürur doğurur. Xalq üçün, vətən üçün yaşanan ömür isə əsl insan ömrüdür. Yorulmaz təşkilatcı, xeyirxah insan, yenilikçi pedaqoq Faiq Şahbazlı da belə insanlardandır. Onun həyatı, fəaliyyəti xalqına, vətəninə xidmətə həsr olunub.

F.Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olub. 1978-ci ildə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. Öz xahişi ilə Qubanın Xaltan kənd orta məktəbinə göndərilib. Bu məktəbdə müəllim, direktor müavini və direktor işləyib. 1981-ci ildə Bakıya köçüb, 83 nömrəli məktəbdə direktor müavini işləyib. Altı aydan sonra APİ-nin aspiranturasının əyani şöbəsinə daxil olub. 1986-cı ildə professor Afat Qurbanovun rəhbərliyi ilə "Azərbaycan dilçiliyinin inkişafında professor Ə.Dəmirçizadənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb. APİ-nin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim və dosent vəzifələrində işləyib. 1995-ci ildə Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyib.

Qısa müddətdən sonra yenidən APİ-yə qayıdıb. 1997-ci ildə Təhsil Nazirliyinin Elm İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Bir müddət burada işlədikdən sonra Dərslik və nəşriyyat şöbəsinə köçürülüb. 2006-cı ildən bu şöbənin müdiri vəzifəsində çalışıb. 2015-ci ildə Təhsil Problemləri İnstitutunun direktor müavini vəzifəsinə keçirilib. Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub. F.Şahbazlı 3 fənn proqramının, 5 orta məktəb dərsliyinin, 1 metodik vəsaitin, 70-dən artıq məqalənin müəllifi, "Azərbaycanın təhsil siyasəti” ikicildliyinin tərtibçisidir. Onlarca müxtəlif əsərlərə redaktorluq edib. Özbəkistanda, Türkiyədə elmi konfranslarda iştirak edib. F.Şahbazlı Azərbaycanın qabaqcıl təhsil işçisi, əməkdar müəllimidir.

Ömrünü təhsilə həsr edən, ictimai mühitdə qazandığı böyük hörmətlə tanınan, peşəkarlığı və qayğıkeşliyi ilə seçilən Faiq Şahbazlı nəinki kömək etdiyi, hər kəsin rəğbətini qazanan insanlardandır. Faiq müəllim yenilikçi, daim şagirdlərinin yanında olan, onların qayğılarını çəkən, problemlərini həll edən bir pedaqoqdur. O, həm də müəllim kimi istedadlı şagirdlərə hər zaman mənəvi dəstək verib, onların sevimli müəllimi olub. Dəyərli Faiq müəllim, sözün həqiqi mənasında, şagirdləri üçün yaşayan, çalışan, daim onların yanında olan rəhbərdir. Onun uğurlu rəhbərliyi sayəsində Sənaye və Texnologiya Kollecində son ildə keyfiyyətli və şəffaf təhsil imkanları, tələbəyönümlü tədbirlər, ümumrespublika mübadilə proqramlarında iştirak, valideyn-kollec əlaqələrinin inkişafı imkanları təmin edilib.

Allah mənə buyurdu ki, mən ədəbaz deyil, təvazökar olum və heç kəs gərək başqasını incitməsin.
Məhəmməd Peyğəmbər (ə.s.)

Bilmirəm nədənsə, həmişə müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis adamlar, daha doğrusu yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.

Bu müdrik kəlamları elə-belə, sözgəlişi xatırlatmadım. Bilmirəm, insanlara daim yaxşılıq edən, amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etmək, dara düşən, çətinliyə düçar olan insanların dadına çatmaq, heç kəsi naümid qoymamaq, bir sözlə fikri, əməli xeyirlə yoğrulmuş, işığı və zəkası ilə digərlərini işıqlandıran, özü şəxsiyyət zirvəsinə ucalan bir əsl pedaqoq-rəhbər kimi pedaqoji kollektivin, tələbələrin sonsuz sevgisini qazanmış bir insanı sizə tanıda bildimmi?!

Sənaye və Texnologiya Kollecinin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi, Əməkdar müəllim Faiq Şahbazlı barədə nə qədər deyilsə, yazılsa hələ azdır. O qədər əməlsaleh insandır ki, gördüyü nəcib əməllər bitməz, tükənməz.

Faiq müəllimin daha bir yaxşı xüsusiyyətni qeyd etməsək olmaz. O, necə deyərlər, jurnalistlərin də ürəyini fəth edə bilir. Heç zaman onlardan "qaçmır". Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Bəli, sadəlik insanın yaraşığı, təvazökarlıq isə gözəlliyidir. Hər iki xüsusiyyət Faiq müəllimdə var. Heç nəyə biganə deyil. Bəzi məmurlar var ki, qapısına gələn zavallı insanlara simsar olub köməklik göstərməkdənsə biganəlik göstərir... İnsani dəyərləri unudurlar. Belələrini görəndə istər-istəməz görüşlərini, ona müraciət edənlər və onların ağzı dualı oranı tərk etmələrini xatırlamalı oluram. Kimsənin dərdinə biganə qalmayan Faiq müəllimin xeyirxah əməllərini, mərhəmətini hər kəs bilir. Bu yerdə yenə də Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamlarından misal çəkmək istərdim:

Hansı əməl yaxşıdır?- İnsan ürəyini sevindirmək, acları yedirtmək, darda qalanlara kömək etmək, əldən düşənlərin kədərini azaltmaq və ziyan çəkənlərin zərərini ləğv etmək.

Məhz Faiq müəllim Peyğəmbərimizin buyurduğu kimi davranır...

Allah təaladan istəyimiz odur ki, Sənaye və Texnologiya Kollecinin direktoru, Azərbaycanın qabaqcıl təhsil işçisi, Əməkdar müəllim Faiq Şahbazlı kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərhəmətli, mərd insanlara ehtiyacı var. Allah sizi qorusun Faiq müəllim. Amin.

ASXEBER.COM

İlham Əliyevdən MÜHÜM açıqlama: "Proses sürətlə gedir"
"İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır".

Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və "Made in Italy" naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi. Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun. Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər", - Prezident qeyd edib.