• 12:21 – Yolların Keşikçisi və Dövlətə Sədaqətin Siması – Göygöl Yol Təsərrüfatında Məsuliyyətli İdarəçilik Nümunəsi 
  • 22:08 – Media Aləmində Dəyər və Nüfuzun Ünvanı - Ruslan Həsənova ad gününə səmimi təbriklər 
  • 14:11 – Tofiq Hüseynov - Dövlətə Xidmət, İnsanlara Qayğı 
  • 23:50 – Real Tibb Mərkəzinin İşıqlı Nümunəsi: Həkim Ağa İsmayılov – Plazmaferez və Ozonoterapiya üzrə Peşəkar Həkim 

1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır

  • 21.03.2026, 15:41,
  • ---
  • Baxılıb: 2

1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır


1918-ci ilin mart hadisələri Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. Həmin dövrdə erməni silahlı dəstələri və bolşevik qüvvələrinin iştirakı ilə Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində minlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar amansızcasına qətlə yetirilmişdir. Bu hadisələr yalnız hərbi toqquşma deyil, planlı şəkildə həyata keçirilmiş soyqırımı aktı kimi qiymətləndirilməlidir.
Mart qırğınları zamanı əsas məqsəd Azərbaycan xalqını fiziki cəhətdən məhv etmək, onların tarixi torpaqlarda mövcudluğunu zəiflətmək olmuşdur. Tarixi faktlar göstərir ki, qətlə yetirilənlərin böyük əksəriyyəti mülki əhali olmuşdur. Bu isə baş verənlərin soyqırımı olduğunu bir daha sübut edir.
Azərbaycan xalqı uzun illər bu faciənin beynəlxalq aləmdə tanınması istiqamətində mübarizə aparmışdır. Ümummilli lider Heydər Əliyev bu hadisələrə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addımlar atmış, 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasına nail olmuşdur. Bu qərar tarixi ədalətin bərpası baxımından böyük əhəmiyyət daşıyır.
Bu gün də Azərbaycan dövləti bu istiqamətdə fəaliyyətini davam etdirir. Cənab prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində 1918-ci il mart hadisələrinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm işlər görülür. Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan xalqının haqq səsinin duyurulması baxımından vacibdir.
Nəticə etibarilə, 1918-ci ilin mart hadisələri yalnız və yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi qiymətləndirilməlidir. Bu faciənin unudulmaması və gələcək nəsillərə düzgün çatdırılması hər birimizin borcudur.
Mirzə Ələkbər Sabir adına 259 nömrəli tam orta ümumtəhsil məktəbi publika hüquqi şəxsi, İngilis dili müəllimi İsgəndərova Təhminə

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER