• 23:50 – Real Tibb Mərkəzinin İşıqlı Nümunəsi: Həkim Ağa İsmayılov – Plazmaferez və Ozonoterapiya üzrə Peşəkar Həkim 
  • 23:04 – Vüqar Zeynalov işinə böyük məsuliyyətlə yanaşır və hər bir qərarı düşünülmüş, strateji baxışla verir 
  • 22:58 – Anar müəllim: Uğurlu inkişaf yolu: milli maraqlara əsaslanan siyasətin ifadəsi 
  • 22:56 – Vətənə və Dövlətə Sadiq Lider: General-Mayor Vəzir Həsənovun Xidmət Yolu 

Bu abonentlərin sayğacları süni intellekt vasitəsilə yoxlanılacaq

  • 03.03.2023, 17:46,
  • Sosial
  • Baxılıb: 0

 

“Sonradan ödənişli (mexaniki tipli) qaz sayğaclarının göstərişlərinin oxunması süni intellekt vasitəsilə hayata keçiriləcək. Bu istiqamətdə SOCAR “Azəriqaz” İB-nin yeni layihəsi artıq paytaxtda tətbiq edilməyə başlanılıb. Proses isə sayğac göstəricilərinin fotosu çəkilməklə həyata keçirilir”.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Azəriqaz”ın Abonent Bazasına Xidmət Şöbəsinin rəis müavini Vüqar Səmədov bildirib. Qurum rəsmisi “Açıq qapı”da, həmçinin son 1 il ərzində ölkə üzrə ümumilikdə 66 106 yeni əhali abonentinin qeydiyyata alındığını qeyd edib.

Media nümayəndəsinin ölkədə qazın təzyiqinin hansı səviyyədə olması ilə bağlı sualını isə Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ətraflı şəkildə cavablandırıb. Şöbə rəisi havaların kəskin soyuduğu zamanlarda qazın təzyiqi ilə bağlı şikayətlərin daxil olmağını bildirib.

Sonda Eldəniz Vəliyev abonentlərə ödənişlərdəki fəallığa görə Birliyin adından təşəkkür ünvanlayıb.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER