• 23:50 – Real Tibb Mərkəzinin İşıqlı Nümunəsi: Həkim Ağa İsmayılov – Plazmaferez və Ozonoterapiya üzrə Peşəkar Həkim 
  • 23:04 – Vüqar Zeynalov işinə böyük məsuliyyətlə yanaşır və hər bir qərarı düşünülmüş, strateji baxışla verir 
  • 22:58 – Anar müəllim: Uğurlu inkişaf yolu: milli maraqlara əsaslanan siyasətin ifadəsi 
  • 22:56 – Vətənə və Dövlətə Sadiq Lider: General-Mayor Vəzir Həsənovun Xidmət Yolu 

TƏCİLİ! İran-İsrail gərginliyi artır - Netanyahudan ŞOK AÇIQLAMA

  • 06.03.2023, 18:38,
  • Dünya
  • Baxılıb: 1

 

İsrailin baş naziri Binyamin Netanyahunun yeni açıqlamaları gərginliyi pik həddə çatdırıb.

Musavat.com xəbər verir ki, Netanyahu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Mariano Qrossinin "dəyərsiz" bir bəyanatla çıxış etdiyini deyib, "qanuni müdafiə" üçün İranın nüvə obyektinə hücum variantının masada qalmasında təkid edib.

QEYD: Qrossi Tehranda İran liderləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında demişdi: "Nüvə obyektinə istənilən hərbi hücum qeyri-qanunidir və hamımızın sadiq qaldığı normativ strukturlardan kənardır".

Netanyahu Nazirlər Kabinetinin iclasındakı çıxışında bu ifadələri işlədib:

“Bizim özümüzü müdafiə etməyə icazə verilmir? Əlbəttə ki, icazə verilir və əlbəttə ki, edirik... Heç bir şey bizə ölkəmizi qorumağa və zalımların yəhudi dövlətini məhv etməsini əngəlləməyimizə mane ola bilməz”.

Netanyahu belə bir qadağanın İsrailə şamil edilə bilməyəcəyini deyib.

“Rafael Qrossi dəyərsiz şərhlər verən dəyərli insandır”, - İsrailin baş naziri bildirib.

Netanyahu sözlərini belə davam etdirib: "Nüvə obyektinə hərbi hücum hansı qanunla qadağandır? Açıq-aşkar məhvimizə çalışan İrana bizi məhv edəcək silahları saxlamağa niyə icazə verilir?"

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER