• 12:21 – Yolların Keşikçisi və Dövlətə Sədaqətin Siması – Göygöl Yol Təsərrüfatında Məsuliyyətli İdarəçilik Nümunəsi 
  • 22:08 – Media Aləmində Dəyər və Nüfuzun Ünvanı - Ruslan Həsənova ad gününə səmimi təbriklər 
  • 14:11 – Tofiq Hüseynov - Dövlətə Xidmət, İnsanlara Qayğı 
  • 23:50 – Real Tibb Mərkəzinin İşıqlı Nümunəsi: Həkim Ağa İsmayılov – Plazmaferez və Ozonoterapiya üzrə Peşəkar Həkim 

İlham Əliyev: "Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə çox yaxşı irs qoyub"

  • 08.03.2023, 15:42,
  • Siyasət
  • Baxılıb: 3

 

"Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlıq həyata keçirilib və ölkəmiz bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcək".

Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edərkən bildirib.

Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın Hərəkata sədrlik dövründə çox yaxşı irs qoyduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini ifadə edib. 

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER