• 12:21 – Yolların Keşikçisi və Dövlətə Sədaqətin Siması – Göygöl Yol Təsərrüfatında Məsuliyyətli İdarəçilik Nümunəsi 
  • 22:08 – Media Aləmində Dəyər və Nüfuzun Ünvanı - Ruslan Həsənova ad gününə səmimi təbriklər 
  • 14:11 – Tofiq Hüseynov - Dövlətə Xidmət, İnsanlara Qayğı 
  • 23:50 – Real Tibb Mərkəzinin İşıqlı Nümunəsi: Həkim Ağa İsmayılov – Plazmaferez və Ozonoterapiya üzrə Peşəkar Həkim 

Olmert Bakını müdafiə etdi, Musəvi hədələdi - Foto

  • 13.03.2023, 01:10,
  • Gündəm
  • Baxılıb: 0

 

İsrailin sabiq baş naziri Ehud Olmertin Bakıda jurnalistlərə açıqlamasında dediyi “İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir” sözlərinə Tehranın Bakıdakı səfiri Seyid Abbas Musəvi hədə ilə cavab verib.

Axar.az xəbər verir ki, İran səfiri Ehud Olmertin sözlərini İran raketlərinin fonunda paylaşıb və İncildən bu sözləri yazıb:

“Həkim öz-özünü sağaltmalıdır”.

Latınca olan bu sözün mənası insanın öz qüsurunu düzəltməli olduğu haqda nəsihət olsa da, Musəvinin İranın hərbi arsenalını nümayiş etdirən fotonu bu sözlərə əlavə etməsi tam fərqli anlama gəlir.

Qeyd edək ki, Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında “İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir” deyib və əlavə edib ki, Azərbaycanın güclü dostları var, İsrail də onların arasındadır: "Azərbaycan Ordusu son bir neçə ildə öz gücünü sübut edib, ölkənin ərazi bütövlüyünü bərpa edib".

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER