• 23:50 – Real Tibb Mərkəzinin İşıqlı Nümunəsi: Həkim Ağa İsmayılov – Plazmaferez və Ozonoterapiya üzrə Peşəkar Həkim 
  • 23:04 – Vüqar Zeynalov işinə böyük məsuliyyətlə yanaşır və hər bir qərarı düşünülmüş, strateji baxışla verir 
  • 22:58 – Anar müəllim: Uğurlu inkişaf yolu: milli maraqlara əsaslanan siyasətin ifadəsi 
  • 22:56 – Vətənə və Dövlətə Sadiq Lider: General-Mayor Vəzir Həsənovun Xidmət Yolu 

Dünyada bir İLK: Türkiyə 30 ildir Azərbaycana görə bunu edir - İLGİNC DETALLAR

  • 16.03.2023, 21:00,
  • Gündəm
  • Baxılıb: 0

 

Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Ankarada Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıblar. Prezidentlər görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını da müzakirə ediblər.

Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyə Azərbaycan-Ermənistan problemlərini öz problemi kimi görür.

b8ab5b88-18ce-35fe-ad35-281f4363a8d1_850.jpg (65 KB)

"Necə ki, 1993-cü ildə Ermənistanla sərhədi bağladı, diplomatik münasibətləri kəsdi. Türkiyə bunları Azərbaycanın torpaqlarının işğalı səbəbilə etdi. Türkiyə-Ermənistan sərhədi 30 ildir ki, bağlıdır. Dünyanın heç bir yerində belə bir durum yoxdur. Bir dövlət öz sərhədini üçüncü dövlət üçün bağlamayıb. Bu bizim qardaşlığımızın, həmrəyliyimizin nə qədər önəmli olduğunu göstərir.

Cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan tez-tez Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar barədə fikir mübadiləsi aparır. Türkiyə-Ermənistan əlaqələrinin normallaşma prosesi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin gedişatı istiqamətindədir. Əgər sülh prosesində irəliləyiş olmazsa, bu, normallaşma prosesinə təsir edəcək. Türkiyənin prioriteti can Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, daha sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasıdır. Bu normallaşma diplomatik əlaqələrin qurulması və sərhədin açılmasından keçir.

Paşinyan Ermənistanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər aldığını deyir. Ancaq Ermənistan atdığı hər addımla sülh müqaviləsinin imzalanmasına əngəl yaradır. Ermənistan müstəqil ölkə ola bilmədi. Fransa bir qolundan, Rusiya o biri qolundan çəkir. Dolayısı ilə onun-bunun nəzarətində olan bir dövlət var. Azərbaycan lazım olan nə varsa, edir, öz haqqını tələb edir. Prezident İlham Əliyev Almaniya səfərində birgə mətbuat konfransında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə bunu açıqladı - Azərbaycan Ermənistan üzərində təzyiqlərini artıracaq, sülh müqaviləsinin imzalanması üçün tələb olunan təzyiqlərini davam etdirəcək. 2 yol var – Azərbaycan haqlı olduğunu hər yerdə deyəcək, ikincisi, Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edəcək", - Hulusi Kılıç vurğulayıb.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER