• 23:50 – Real Tibb Mərkəzinin İşıqlı Nümunəsi: Həkim Ağa İsmayılov – Plazmaferez və Ozonoterapiya üzrə Peşəkar Həkim 
  • 23:04 – Vüqar Zeynalov işinə böyük məsuliyyətlə yanaşır və hər bir qərarı düşünülmüş, strateji baxışla verir 
  • 22:58 – Anar müəllim: Uğurlu inkişaf yolu: milli maraqlara əsaslanan siyasətin ifadəsi 
  • 22:56 – Vətənə və Dövlətə Sadiq Lider: General-Mayor Vəzir Həsənovun Xidmət Yolu 

Qazaxıstanda parlament seçkilərinin nəticələri açıqlanıb

  • 27.03.2023, 17:12,
  • Dünya
  • Baxılıb: 1

 

Martın 19-da Qazaxıstan Məclisinə (Parlamentin aşağı palatası) keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən, hakim “Amanat” partiyası (əvvəllər “Nur Otan”) qanunverici orqanın yeni tərkibində 69 yerdən 40-nı qazanıb. Daha 29 deputat birmandatlı dairələrdən seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov brifinqdə deyib. Onun sözlərinə görə, altı partiya beş faizlik həddi keçməyə nail olub.

Ölkənin ən böyük partiyası – “Amanat” seçkilərdə 53,9 faiz səs toplayıb. Seçicilərin 10,9 faiz səsini qazanan Xalq-Demokratik Vətənpərvər Partiyası Qazaxıstan Məclisində səkkiz deputatla, Demokratik Partiya (8,41 faiz) altı deputatla, Xalq Partiyası (6,8 faiz) beş deputatla, “Respublika” partiyası (6,59 faiz) altı deputatla, müxalif Ümummilli Sosial-Demokratik Partiya (5,2 faiz) isə dörd deputatla təmsil olunacaq.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER