• 23:50 – Real Tibb Mərkəzinin İşıqlı Nümunəsi: Həkim Ağa İsmayılov – Plazmaferez və Ozonoterapiya üzrə Peşəkar Həkim 
  • 23:04 – Vüqar Zeynalov işinə böyük məsuliyyətlə yanaşır və hər bir qərarı düşünülmüş, strateji baxışla verir 
  • 22:58 – Anar müəllim: Uğurlu inkişaf yolu: milli maraqlara əsaslanan siyasətin ifadəsi 
  • 22:56 – Vətənə və Dövlətə Sadiq Lider: General-Mayor Vəzir Həsənovun Xidmət Yolu 

Unibank Türkiyəyə 100 000 manat ianə etdi

  • 13.02.2023, 15:56,
  • Sosial
  • Baxılıb: 2

 

Unibank Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək və zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək məqsədi ilə 100 min manat ianə edib. Vəsait AFAD-ın hesabına köçürülüb. Bundan başqa bank kollektivi də zəlzələdən zərər çəkənlərə ərzaq yardımı göndərilməsi prosesində iştirak edib.

Hər bir vətəndaşımız UBank mobil tətbiqi üzərindən qardaş ölkəyə maddi dəstək göstərə bilər.  Bank, zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə maddi dəstək göstərmək istəyən vətəndaşlarımızın diqqətinə bir daha çatdırır ki, mövcud hesablara ianə məqsədli köçürmələrdən ƏDV tutulmur. Bundan başqa Türkiyəyə dəstək məqsədli pul köçürmələrində xidmətə görə bank komissiyası məbləği və həmçinin köçürmələr zamanı konvertasiya haqqı da bank tərəfindən qarşılanır. İstər hüquqi, istərsə də də fiziki şəxslər ianə köçürmələrini ƏDV tutulması olmadan, xidmət haqqı və konvertasiya komissiyaları ödəmədən, çox rahatlıqla həyata keçirə bilərlər.

UBank vasitəsi ilə isə “Türkiyəyə ianə et” bölümündən Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin hesabına vəsait köçürməklə də, yardım kampaniyasına qoşulmaq mümkündür. 

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER