• 22:37 – Qalmaqallı uşaq bağçasında şok iddialar və məsələnin əsli ortaya çıxdı 
  • 21:17 – Emin Hüseynov: Milli iradədən qlobal nüfuza uzanan yol - İlham Əliyevin liderlik məktəbi 
  • 22:08 – Media Aləmində Dəyər və Nüfuzun Ünvanı - Ruslan Həsənova ad gününə səmimi təbriklər 
  • 14:11 – Tofiq Hüseynov - Dövlətə Xidmət, İnsanlara Qayğı 

Azərbaycanın enerji siyasəti və Bakı Enerji Həftəsinin əhəmiyyəti

  • 03.06.2026, 18:07,
  • ---
  • Baxılıb: 1

Azərbaycanın enerji siyasəti və Bakı Enerji Həftəsinin əhəmiyyəti

Azərbaycanın enerji siyasəti ölkəmizin inkişafında mühüm rol oynayır. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, sonrakı dövrdə isə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Məhz həyata keçirilən düzgün enerji siyasəti nəticəsində Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır.
Cənab Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində etdiyi çıxışdan da aydın olur ki, ölkəmizin enerji sahəsində inkişafı uzun illərə söykənən düşünülmüş siyasətin nəticəsidir. Azərbaycanın enerji inkişafının başlanğıcı 1994-cü ildən götürülür. Həmin dövrdən başlayaraq ölkəmiz bu sahədə böyük uğurlar qazanmışdır. Xəzər Neft və Qaz Sərgisi də Azərbaycanın enerji sahəsində tanınmasına və yeni əməkdaşlıqların qurulmasına öz töhfəsini vermişdir.
Bu gün Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolu daha da artmışdır. Ölkəmizin zəngin qaz ehtiyatları yalnız Azərbaycanın deyil, tərəfdaş ölkələrin də enerji təminatında mühüm əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mövcud qaz ehtiyatlarımız uzun illər ərzində tələbatı ödəməyə imkan verir. Hazırda Azərbaycan qazı bir sıra ölkələrə ixrac olunur və bu istiqamətdə əməkdaşlıq əlaqələri genişlənməkdə davam edir.
Azərbaycan enerji layihələrinin həyata keçirilməsində də fəal iştirak edir. Artıq bir sıra layihələr istismar mərhələsinə daxil olmuşdur. Şərq-Qərb dəhlizinin uğurlu fəaliyyəti ölkəmizin tranzit imkanlarını genişləndirir və iqtisadi inkişafına müsbət təsir göstərir. Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaş ölkələrlə əməkdaşlığın inkişafı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda enerji kabelləri layihələri üzrə əməkdaşlıq davam etdirilir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi inkişaf daha da güclənmiş, müxtəlif sahələrdə yeni imkanlar yaranmışdır. Emal sənayesinin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq əməkdaşlığın genişlənməsi bunu bir daha göstərir. Azərbaycan hər zaman sabitlik, əməkdaşlıq və inkişaf tərəfdarı olmuşdur. Torpaqlarımızın işğaldan azad olunması isə dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya göstərmişdir. Son 30 il ərzində ölkəmizdə güclü ordu qurulmuş, ordumuzun qüdrəti daha da artırılmışdır. Bu, dövlətimizin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamışdır.
Sonda demək olar ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu enerji siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı Enerji Həftəsi isə Azərbaycanın enerji sahəsində qazandığı uğurları nümayiş etdirmək və yeni əməkdaşlıqlar qurmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
VALYUTA
 Valyuta məzənnəsi
HAVA HAQQINDA
BAKU WEATHER