Bakı Enerji Həftəsi təkcə enerji şirkətləri üçün deyil, həm də hökümətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndorilməsi baxımından mühüm platformadır
- 03.06.2026, 18:15,
- ---
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+

2026-cı il iyunun 1-də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edib. Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Pover" və 31-ci "Baku Energy Forum" bir araya gətirilərək dünyanın enerji sektorunun aparıcı nümayəndələrini Bakıda topladı.
Prezident çıxışında qeyd edib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoyan mühüm platforma olub. O vurğulayıb ki, bu tədbir illər ərzində genişlənərək qlobal enerji gündəliyinin müzakirə edildiyi nüfuzlu beynəlxalq forumlardan birinə çevrilib.Dövlət başçısının sözlərinə görə 1996-cı ildə ildə imzalanmış "Şahdəniz" qaz layihəsi Azərbaycanın müasir qaz sənayesinin formalaşmasındfa həlledici rol oynayıb və ölkənin beynəlxalq enerji təhlükəsizliyinə töhfəsini əhəmiyyətli dərəcədə artırıb.
Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyini xüsusu vurğulayıb. O bildirib ki, ölkə uzun illərdir Avropa və digər bazarların enerji təminatında mühüm rol oynayır və bu istiqamətdə əməkdaşlıq coğrafiyası genişlənməkdə davam edir. Prezident beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ, Türkiyə və Böyük Britaniya rəhbərlərinin tədbirə ünvanladıqları məktubların Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətini təsdiqlədiyiniqryd edib.
Prezident İlham Əliyev həmçinin vurğulayıb ki,Bakı Enerji Həftəsi təkcə enerji şirkətləri üçün deyil, həm də hökümətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndorilməsi baxımından mühüm platformadır.Qlobal enerji bazarlarında müşahidə olunan dəyişikliklər fonunda belə dialoq və əməkdaşlıq mexanizmləri daha da əhəmiyyət kəsb edir.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
tarix fənn müəllimi Həsənova Hicran
